AZ

Vatsapa da reklam gəlir

“Meta” şirkəti vatsapın populyar söhbət proqramında reklamlar göstərməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət özü açıqlama yayıb. 

Məlumatda bildirilir ki, vatsapda reklamlar yalnız proqramın gündəlik 1,5 milyard insanın istifadə etdiyi “yeniləmələr” bölməsində görünəcək. 

Tərtibatçılar qeyd ediblər ki, bu reklamlar şəxsi çatlarda görünməyəcək.

Bununla da reklam agentləri həmin vatsap kanalları vasitəsilə məhsullarını tanıtmaq və ödənişli reklam vasitəsilə  satmaq imkanı əldə edəcəklər.

Şirkət əmin edib ki, vatsapdan yalnız mesaj və zənglər üçün istifadə edən istifadəçilər heç bir dəyişiklik hiss etməyəcəklər. 

Qeyd edək ki, “Meta” şirkəti 2014-cü ildə vatsapı  aldıqdan sonra ilk dəfə olaraq mesencerdə reklamlar təqdim edir. 

Seçilən
37
6
qafqazinfo.az

7Mənbələr