AZ

Premyer Liqada ötən mövsümün ən yaxşı oyunçusu bəlli oldu 3 cü dəfə qazanan ilk futbolçu

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məhəmməd Salah Premyer Liqanın mövsümün ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, İngiltərə Peşəkar Futbolçular Assosiasiyası 2024/25 mövsümündə həm ən yaxşı bombardir, həm də ən yaxşı assistent olan futbolçunu ilin oyunçusu adlandırıb.

"Liverpul"un vingeri ötən mövsüm çempionatda 38 oyun keçirib, 29 qol vurub və 18 qol ötürməsi edib. Onun ətraflı statistikasına buradan baxmaq olar.

Qeyd edək ki, Salah bu mükafatı üç dəfə qazanan ilk futbolçu olub.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
2
sportal.az

7Mənbələr