AZ

Qazaxıstanda ağır yol hadisəsi - Üç uşaq öldü

Qazaxıstanın Abay vilayətinin Urjar rayonunda sürücü avtomobili bir qrup uşağın üzərinə sürüb.

“Qafqazinfo” bu ölkənin yerli KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı sürücü 6 nəfəri vurub. 

Onlardan 3 nəfər ölüb, digər 3 nəfər isə xəsarət alıb.

İlkin məlumatlara görə, “Toyota” markalı avtomobilin 55 yaşlı sürücüsü idarəetməni itirərək maşını bir qrup azyaşlının üzərinə sürüb.

Qəza nəticəsində iki uşaq yerindəcə, biri tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Daha üç azyaşlı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. 

Ekspertiza onun qəza zamanı ayıq olduğunu göstərib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə göyərtəsində reanimatoloq, neyrocərrah və travmatoloqdan ibarət həkim briqadasının olduğu hərbi təyyarə hadisə yerinə gəlib.

Qəza  nəticəsində xəsarət alan uşaqlara təcili tibbi yardım göstərilib. 

 

Seçilən
29
7
qafqazinfo.az

9Mənbələr