Bakı. Trend:
"Fənərbaxça" yeni transferini gerçəkləşdirib.
Trend xəbər verir ki, klubunmətbuat xidmətinin yaydığı məlumata görə, İstanbul təmsilçisi"Salzburq" forması geyinən Dorgeles Nene ilə 5 illik müqaviləbağlayıb. 22 yaşlı hücumçunun transferi "Fənərbaxça"ya 18 milyonavroya başa gəlib.
Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistləyadda qalıb.