BAKI, 19 avqust. TELEQRAF
"Çempionatın ilk oyunları ağır keçir. Oyunçularım yaxşı ustalıq göstərdilər".
Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasınln I turunda evdə “Araz-Naxçıvan” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis futbolçularının baxımlı oyun nümayiş etdirdiyini söyləyib: "Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1-1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlər etdik. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım".
O, "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santosla yaşanan insident barədə söz açıb: "Top əlimdə idi, Santos isə onu sərt şəkildə götürdü. Bu oyun zamanı futbolçular arasında olur. Bircə mənimlə qalmışdı bunu etmədiyi, bu da oldu.."