AZ

Güləşçimiz dünya çempionatında medal qazandı

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Üçüncü yarış günündə Azərbaycanın daha bir sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. O, həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib. \\Bakupost.az

Seçilən
67
8
hurriyyet.az

10Mənbələr