Yazını böyüt
Yazını kiçilt
Yeni mövsümə hazırlaşan "Sabah" basketbol komandasının hazırlıq planı bəlli olub.
Hafta.az xəbər verir ki, avqustun 24-də Litvaya yollanacaq “Sabah” təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyununa çıxacaq.
Sınaqçı rəqiblər qismində Litvanın “Nevejis”, “Jalgiris”, “Neptunas”, “Litkabelis” “Qarqjday” və “Ritas” klubları ilə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub. Təlim-məşq toplanışı Bristonas, Palanqa və Vilnüs şəhərlərində olacaq.