Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha bir sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.
Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. O, həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib.