AZ

Mourinyo Neymarın Fənərbaxça ya mümkün keçidindən danışdı

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Santos"un futbolçusu Neymarın İstanbul klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az "Sporty Net"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis deyib:

"Heç bir danışıq olmayıb. Məncə, onun buna marağı yoxdur. Neymar özü gələcəyini və xoşbəxt olacağı yeri seçə bilər. O, artıq Avropada ən nüfuzlu turniri qazanıb, Səudiyyə Ərəbistanında maliyyə baxımından qalib gəlib… Bu sıfırları düşünməyə belə dəyməz. İndi isə Braziliyaya qayıdıb, bu onun həvəsidir.

Onu, şübhəsiz ki, daha çox maraqlandıran qarşıdakı mövsümdür ki, bu da dünya çempionatı ilə başa çatacaq. Bu, onun üçün inanılmaz dərəcədə vacibdir, çünki Neymar Braziliya yığmasında çıxış edərkən çox vaxt məyusluqlarla üzləşib. Məncə, indi diqqətinin mərkəzində də bu olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
3
qol.az

4Mənbələr