AZ

Alyaska və Vaşinqton sammitini müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə Ukrayna münaqişəsinin həlli ilə bağlı Alyaska və Vaşinqton sammitini müzakirə ediblər.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, türkiyəli nazir ölkənin sülhün əldə edilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.

“Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün qarşıdakı dövrdə atılacaq addımlar müzakirə edilib. Nazir Fidan Türkiyənin ədalətli və davamlı sülhün əldə olunması üçün hər cür dəstəyi verməyə hazır olduğunu təsdiqləyib”, - agentliyin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsi bildirib.

Seçilən
24
2
qafqazinfo.az

3Mənbələr