AZ

“Putin Zelenski ilə Moskvada görüşməyi təklif edir” – AFP


“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün Moskvada keçirilməsini təklif edib”​​​​​​​.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Frans Press” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu təklif avqustun 18-də Tramp, Zelenski və Avropa liderləri arasında Ağ Evdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı səsləndirilib.
Zelenski ilə danışıqlardan və Putinə zəngdən sonra Tramp bildirib ki, o, artıq onların görüşünə hazırlığa başlayıb.
Fransa Prezidenti Emmanuel Makron görüşün Cenevrədə baş tuta biləcəyini bildirib. Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan İsveçrə ona səfər müddətində toxunulmazlıq verməyə hazır olduğunu rəsmən bəyan edib. Qərb mediası digər mümkün görüş yerləri kimi Roma və Budapeştin adını çəkib.
Seçilən
37
50
yeniavaz.com

10Mənbələr