AZ

Oğlunun dəfn olunduğu gün vəfat etdi...

Yardımlı rayonunun Anzov kənd sakini, şəhid Seymur Bəbirovun atası Bədirxan Bəbirov vəfat edib.

“Qafqazinfo” Cenublu.az-a istinadən xəbər verir ki, Seymur Bəbirov 1998-ci ildə hərbi xidmətə çağırılıb və 2004-cü il avqustun 19-da Gədəbəy rayonunun Qocadağ kəndində döyüşdə şəhid olub.

Maraqlıdır ki, atası Bədirxan Bədirov da övladının şəhid olduğu tarixdən düz 21 il sonra – 2025-ci il avqustun 19-da vəfat edib.

***

Şəhidin qardaşı oğlu Cabir Bəbirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əmisi 1998-ci ildə döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. Onun nəşinin qalıqları isə 2004-cü ildə tapılaraq ailəsi tərəfindən dəfn edilib. 

Seçilən
53
10
qafqazinfo.az

10Mənbələr