AZ

Cənubi Qafqazda sülh İranın strateji prioritetidir – Pezeşkian

Bakı. Trend:

Cənubi Qafqazda sülh İranın strateji prioritetidir və Azərbaycanvə Ermənistan arasında sülh müzakirələrini dəstəkləyir.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian İrəvandaErmənistan baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, İranın mövqeyi Cənubi Qafqazda beynəlxalqsərhədlərdə dəyişikliyin olmaması və bu bölgənin geosiyasirəqabətlər mərkəzinə çevrilməməsidir.

Pezeşkian bildirib ki, Qafqaz məsələlərinin həllinin regiondankənar qüvvələrə tapşırılması regionun şəraitinin mürəkkəbləşməsiilə nəticələnə bilər.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 18 avqustdaİrəvana səfər edib.

Seçilən
47
2
az.trend.az

4Mənbələr