Bundan əlavə, Tehran və İrəvan ikitərəfli ticarət dövriyyəsinin həcmini 3 milyard dollara çatdırmağı planlaşdırır. Hazırda bu rəqəm təxminən 1 milyard ABŞ dollardır.
“Biz razılaşdıq ki, ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün işlərin görülməsi vaxtı çatıb”,- Nikol Paşinyan bildirib.
İran prezidenti, öz növbəsində, deyib ki, Ermənistan və İran tərəfdaşlıq səviyyəsini strateji səviyyəyə qaldırmaq əzmindədir, tərəflər qarşılıqlı səfərləri intensivləşdirmək niyyətindədirlər.
![]() |
İran və Ermənistan Araz çayı üzərindən ikinci körpü salacaq | VİDEO |
Sazişlər siyasi, sosial, mədəni, turizm, sənaye, təhsil, yol və şəhərsalma, incəsənət və səhiyyə sahələrində əməkdaşlığı əhatə edir.
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana səfərə gəlib. İran rəsmilərinin açıqlamasına əsasən, səfərin məqsədi iki ölkə arasında xüsusilə ticarət sahəsində əlaqələrin möhkəmləndirilməsi və sənədlərin imzalanmasıdır.
İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İrəvanda “Tasnim” agentliyinə müsahibəsində Tehranla İrəvanın Araz çayı üzərində ikinci sərhəd körpüsünün tikintisinə dair də razılığa gəldiklərini söyləyib.
Президент Ирана Масуд Пезешкиан посетил азербайджанскую Голубую мечеть в Ереване и совершил намаз. pic.twitter.com/DKpZ18stBG
— Seymur Bakshev (@SBakshev) August 19, 2025
Sahil İsgəndərov
AzVision.az