AZ

Türkiyə ilə Yaponiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunur

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ankara, 19 avqust, AZƏRTAC

Çərşənbə axşamı, avqustun 19-da Ankarada Yaponiyanın müdafiə naziri Gen Nakataninin rəsmi qarşılanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin binasının qarşısında yapon nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Yaponiyalı naziri Türkiyənin milli müdafiə naziri Yaşar Güler qarşılayıb.

Sonra tərəflərin keçirdiyi görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə mətbuatı xəbər verir ki, yaponiyalı nazir Ankaraya səfəri çərçivəsində müdafiə şirkətləri “Baykar” və TUSAŞ-a da baş çəkəcək, burada Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının texniki imkanları ilə yerində tanış olacaq.

Məlumatlara görə, Yaponiya Müdafiə Nazirliyinin 2026-cı il büdcəsində PUA-ların alınması üçün 100 milyard yen (təxminən 670 milyon dollar) vəsaitin ayrılması nəzərdə tutulub.

“Baykar” şirkətinin icraçı direktoru Haluk Bayraktar daha əvvəl yeni “Bayraktar TB3” dronunun Yaponiya tərəfindən hazırlanmış İzumo dəniz platformalarından uça biləcəyini bildirmişdi.

Ramil Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azertag.az

2Mənbələr