AZ

DƏHŞƏT! 4 yaşlı uşağa TƏCAVÜZ ETDİ

Konyada 4 yaşlı qıza qarşı cinsi istismarda ittiham olunan 24 yaşlı inşaat işçisi Ahmet Ö. nəzarətə götürülüb. Məlum olub ki, bu şəxsin 11 cinayət işində adı hallanır. 

Referans Türkiyə mediasına istinadən xəbər verir ki, 4 yaşlı qızının səhhətindən narahat olan Karatay rayonunda yaşayan ailə avqustun 10-da onu xəstəxanaya aparıb. Xəstəxanada aparılan müayinədən sonra uşağın cinsi istismara məruz qaldığı məlum olub. Daha sonra ailə polis bölməsinə gedərək şikayət edib. Şikayətdən sonra Karatay Rayon Polis Şöbəsinin Cinayətlərin Qarşısının Alınması və İstintaq Şöbəsinin qrupları araşdırmalara başlayıb.

250 təhlükəsizlik kamerası yoxlanılıb


Polis oğlanın yaşadığı məhəllənin təhlükəsizlik kamerası görüntülərinə baxıb. Təxminən 250 təhlükəsizlik kamerası və 500 saatlıq görüntüləri araşdıran qruplar, 11 cinayət keçmişi olan Ahmetin küçədə gördüyü azyaşlı ilə binaya girərək birlikdə damın üstünə çıxdığını müəyyən edib. Ahmet Ö. dünən axşam saatlarında evində polis tərəfindən nəzarətə alınıb. O, Köprübaşı Şəhid Əzəm Güdendede Polis Bölməsinə aparılıb, əməliyyat davam edir.

Seçilən
18
referans.az

1Mənbələr