Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Milət vəkili nəzərə çatdırıb ki, büdcə təşkilatları üzrə daxilolma 126,9 milyon manat və ya 11,2%, qeyri-büdcə təşkilatları üzrə isə 300,5 milyon manat və ya 14,0% artıb.
V.Bayramovun sözlərinə görə, 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 7 milyard 617 milyon manat, xərclərinin isə 7 milyard 676 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım ehtimal edilir.
O bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə yığımın proqnoza nisbətən daha çox olması həmin müddətdə ölkə üzrə orta aylıq əməkhaqqının artması və əmək və eləcə də xidməti müqavilələrdə müşahidə edilən artım ilə bağlıdır:
"Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097 manata çatıb. Həmin arada, muzdla çalışan işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu baxımdan, əməkhaqqı fondunun artması məcburi dövlət sosial sığorta haqları üzrə daha çox ödənişin həyata keçirilməsinə gətirib çıxarıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığılan vəsaitin əhaliyə ödənişlər üzrə xərclər yönəldiyini nəzərə alsaq bu, sosial istiqamətə daha çox vəsaitin ayrılmasına səbəb ola bilər. Belə ki, əmək pensiyaları, aylıq və birdəfəlik müavinətlər məhz daha çox Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına ödənilir. Daha çox yığım isə daha dayanıqlı sosial təminat deməkdir".
10Mənbələr
-
news24.azPensiya və müavinətlər artırılacaq? - Deputat ( 20477604)
-
gundem.azBu ödənişlərdə artım olacaq ( 20490609)
-
hurriyyet.azŞAD XƏBƏR – Sosial ayırmalarda artımlar ola bilər ( 20484510)
-
nocomment.azPensiya və müavinətlərdə yeni artımlar ola bilər – ŞAD XƏBƏR ( 20483100)
-
fed.azSığorta ödənişlərində artım: Sosial ayırmalarda da ola bilərmi? ( 20482857)
-
Ajans.azBu ödənişlərdə artım olacaq ( 20482287)
-
redaktor.azBu ödənişlərdə artımOLACAQ ( 20481885)
-
pravda.azPensiya və müavinətlərdə yeni artımlar ola bilər - ŞAD XƏBƏR ( 20481738)
-
hafta.azPensiyalar artacaq? - ŞAD XƏBƏR ( 20481699)
-
olaylar.azSığorta ödənişlərində 8.2 faiz artım: sosial ayırmalarda da artımlar ola bilərmi? ( 20481657)