Türkiyəli aktyor İbrahim Yıldız ağır xəsarət alıb.
Kult.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü külək nəticəsində ağac aşaraq 27 yaşlı aktyorun üzərinə düşüb.
Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan İbrahim reanimasiyaya yerləşdirilib. Komada olan aktyor beynindən zədə alıb və intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, İ.Yıldız “Duy beni” və “Möhtəşəm Yüz il Kösəm” seriallarında rol alıb.