AZ

Ukraynalı boksçu dopinqə görə 10 il müddətinə diskvalifikasiya edilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı,19 avqust, AZƏRTAC

Ukraynalı boksçu Maksim Zineviç antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, idmançının nümunəsində ostarin və liqandrol aşkar edilib. Bu səbəbdən 10 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Onun diskvalifikasiyasının müddəti 2025-ci il aprelin 30-dan hesablanır.

Qeyd edək ki, Maksim Zineviç bu ilin martında 75 kiloqram çəki dərəcəsində ölkə çempionatının qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
11
azertag.az

10Mənbələr