"Paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır. Eyni zamanda vətəndaşlardan daxil olan müraciətlər əsasında da yerlərdə pavilyonlara baxış keçirilir. Aşkar edilən nöqsan və çatışmaqzlıqlar aradan qaldırılır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Müxtəlif zamanlarda kənar müdaxilələr nəticəsində pavilyonun konstruksiyaları və elementləri zədələnir və sıradan çıxarılır, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur.
Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur",-deyə məlumatda qeyd olunur.
***10:14
Bakıda sərnişinlərə komfort şəraitdə avtobusun gəlməsini gözləməyə imkan verən kondisioner (soyutma) sistemi olan avtobus dayanacağı ilə bağlı acınacaqlı hal yaşanıb.
BAKU.WS xəbər verir ki, müasir dayanacaqlar əhaliyə xidmət göstərilməsi üçün nəzərdə tutulsa da, bəzi vətəndaşlar bundan istifadə etməyi bacarmırlar.
Belə ki, Azadlıq prospektindəki avtobus dayancağında tütün məhsullarından istifadə qadağan olunsa da, bəzi şəxslər buna məhəl qoymayıblar. Üstəlik dayanacaqdakı əmlak yandırılıb və zibillər yerə atılıb.
Paytaxtda sakinlərdən biri tərəfindən lentə alınan görüntüləri olduğu kimi təqdim edirik:
Orxan Hüseyn