AZ

Tramp: “Ukrayna NATO-ya daxil ola bilməz”

ABŞ Prezidenti Donald Tramp, cümə günü Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşün ardından, dünən Avropa liderləri ilə birlikdə Vaşinqtona gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Tramp Vaşinqtona bu dəfə yanında Avropa liderləri ilə gələn Zelenski ilə görüşdən öncə verdiyi açıqlamada Ukraynanın NATO-ya üzv olmasının və Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri qaytarmasının mümkün olmadığını bildirib.

Trampın açıqlamalarından öncə xüsusi nümayəndə Stiv Vitkoff da “Putin, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini qəbul etdi” açıqlamasını etmişdi.

Onun sözlərinə görə, Putin sülh sazişinin bir hissəsi olaraq ABŞ və Avropanın Ukraynaya verəcəyi “güclü təhlükəsizlik zəmanətlərini” qəbul edəcəyini bildirib.O, NATO-nun 5-ci maddəsinə istinad edərək, Ukraynaya buna bənzər bir zəmanət verilə biləcəyini vurğulayıb.

Zelenski isə ABŞ-nin təhlükəsizlik zəmanəti vədini “tarixi” adlandırıb, lakin bu zəmanətin “həqiqətən çox praktik; quru, hava və dəniz müdafiəsini təmin edən və Avropanın da daxil olacağı” bir zəmanət olması gərəkdiyini bildirib. 

Zelenski Rusiyanın ölkəsinə qarşı hücumlarını "nümayişkaranə" və "istehzalı"adlandıraraq, Moskvanın müharibədəki roluna görə mükafatlandırılmaması lazım olduğunu söyləyib.

Seçilən
5
cebheinfo.az

1Mənbələr