AZ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bazarlar, faiz endirimlərinə dair potensial ipucları üçün FED-in “Jackson Hole” simpoziumunu gözləyərkən, Ukraynada sülhün təmin olunması istiqamətindəki prosesləri də yaxından izləyir.

Analitiklər bildirirlər ki, FED sədri Cerom Pavellin 21–23 avqust tarixlərində “Jackson Hole”-da verəcəyi açıqlamalar birjalarda, xüsusilə də qızılın qiymətləri üçün katalizator rolu oynaya bilər.

Bu gün üçün müqavimət səviyyəsi kimi 3345$, dəstək səviyyələri kimi isə 3321$ və 3.300$ hədləri çıxış edirlər. Əgər ilk müqavimət səviyyəsi keçilərsə, 3365$ səviyyəsi növbəti hədəf ola bilər.

Analitiklərin fikrincə qızıl hələ konsolidasiyadadır və yüksəlmək üçün həqiqətən yeni bir katalizatora ehtiyac var. 

FED-in növbəti iclasında 25 baza bəndlik faiz endirim ehtimalı bazarda 84% səviyyəsində qiymətləndirilir. Aşağı faizlər isə adətən qızılı gücləndirir.

Qızıl həmçinin, Prezident Donald Trampın Zelenskiy və Putin ilə ayrı-ayrılıqda görüşlərindən sonra ABŞ-ın sülh danışıqlarında Ukraynanın təhlükəsizliyini təmin etməyə kömək edəcəyini söyləməsi ilə geosiyasi qeyri-müəyyənlikdən də dəstək aldı.

Bugün həmçinin, Amerikada açıqlanan tikinti sektoruna dair statistik rəqəmlər və Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri də investorların diqqət mərkəzində olacaq.

Çəlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

FED Jackson Hole simpoziumu Cerom Pavel faiz endirimi ABŞ Federal Ehtiyat Sistemi qızıl qiymətləri qızıl bazarı müqavimət səviyyəsi dəstək səviyyəsi baza bənd faiz qərarı ABŞ iqtisadiyyatı Ukrayna sülh prosesi Donald Tramp Vladimir Putin Volodimir Zelenski geosiyasi risklər ABŞ sülh danışıqları tikinti sektoru statistikası Kanada CPI İstehlak Qiymətləri İndeksi İnvest-AZ analitikləri maliyyə bazarları investor gözləntiləri qlobal bazarlar qızıl konsolidasiyası katalizator amillər faiz endirimi ehtimalı
Seçilən
133
marja.az

1Mənbələr