Bazarlar, faiz endirimlərinə dair potensial ipucları üçün FED-in “Jackson Hole” simpoziumunu gözləyərkən, Ukraynada sülhün təmin olunması istiqamətindəki prosesləri də yaxından izləyir.
Analitiklər bildirirlər ki, FED sədri Cerom Pavellin 21–23 avqust tarixlərində “Jackson Hole”-da verəcəyi açıqlamalar birjalarda, xüsusilə də qızılın qiymətləri üçün katalizator rolu oynaya bilər.
Bu gün üçün müqavimət səviyyəsi kimi 3345$, dəstək səviyyələri kimi isə 3321$ və 3.300$ hədləri çıxış edirlər. Əgər ilk müqavimət səviyyəsi keçilərsə, 3365$ səviyyəsi növbəti hədəf ola bilər.
Analitiklərin fikrincə qızıl hələ konsolidasiyadadır və yüksəlmək üçün həqiqətən yeni bir katalizatora ehtiyac var.
FED-in növbəti iclasında 25 baza bəndlik faiz endirim ehtimalı bazarda 84% səviyyəsində qiymətləndirilir. Aşağı faizlər isə adətən qızılı gücləndirir.
Qızıl həmçinin, Prezident Donald Trampın Zelenskiy və Putin ilə ayrı-ayrılıqda görüşlərindən sonra ABŞ-ın sülh danışıqlarında Ukraynanın təhlükəsizliyini təmin etməyə kömək edəcəyini söyləməsi ilə geosiyasi qeyri-müəyyənlikdən də dəstək aldı.
Bugün həmçinin, Amerikada açıqlanan tikinti sektoruna dair statistik rəqəmlər və Kanadada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri də investorların diqqət mərkəzində olacaq.
Çəlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.