AZ

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Operativ Media-ya  bildirilib ki, bu gün saat 10:20-yə olan məlumata əsasən, 81 min 603 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Müsabiqədə iştirak edənlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında saat 17:00-dək ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 9 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Seçilən
45
34
operativmedia.az

10Mənbələr