AZ

Rusiyadan dəhşətli GECƏ HÜCUMU – Şəhər alovlara qərq oldu – VİDEO

Rusiya avqustun 18-dən 19-na keçən gecə Ukraynanın Poltava vilayətinə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vladimir Koqut “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, enerji sektoruna aid yerli müəssisələrin inzibati binaları zərər görüb.

Həmin gecə Kremençuq şəhərinə də hücum təşkil olunub. Ukrayna mediası yazır ki, şəhərə onlarla “Shahed” tipli zərbə PUA-sı, həmçinin ehtimal olunan qanadlı və ballistik raketlərlə zərbə endirilib. Şəhər sakinləri ardıcıl partlayış səsləri eşidiblər.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum Kremençuq şəhərinə və Poltava vilayətinin yaxın ərazilərinə yönəlib. Dağıntılar və itkilər barədə dəqiq məlumat hələ açıqlanmayıb.

Rusiya teleqram kanallarında Kremençuq Neft Emalı Zavodunun hədəf alındığı, həmçinin Lubnı qəsəbəsi yaxınlığında qaz hasilatı infrastrukturuna zərbə endirildiyi bildirilir.

Ukrayna mənbələri isə Kremençuqun müharibə ərzində ən kütləvi hücumlardan birinə məruz qaldığını, şəhərin tüstü ilə əhatələndiyini yazır.


Bizim.Media

Seçilən
58
bizim.media

1Mənbələr