İngiltərənin “Tottenhem” klubu Argentina millisinin müdafiəçisi Kristian Romero ilə müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumata görə, 27 yaşlı futbolçu ilə uzunmüddətli sözləşmə imzalanıb.
Romero 2021-ci ildən London təmsilçisinin heyətində çıxış edir. Təcrübəli mərkəz müdafiəçisi 2022-ci ildə Argentina yığmasının tərkibində dünya çempionu adını qazanıb.