Rusiya Donetsk vilayətinin Dobropolye şəhərinə zərbə endirib.
APA "Unian"a istinadən xəbər verir ki, partlayış nəticəsində küçədə olan bir qadın həlak olub.
Bundan əlavə 26, 31 və 74 yaşlı üç kişi müxtəlif bədən xəsarətləri alıb.
Bununla yanaşı, Rusiya ordusu Konstantinovka şəhərinə də beş “Smerç” reaktiv mərmisi ilə hücum edib.
Nəticədə iki mülki şəxs həyatını itirib, daha dörd sakin isə qəlpə yaraları alıb.
Yaralılara tibbi yardım göstərilir, onların bəzilərinin vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.
Paralel olaraq Rusiya ordusu yaşayış məntəqəsini artilleriya atəşinə də tutub. Hücum nəticəsində 74 yaşlı bir kişi həlak olub.
Partlayışlar nəticəsində fərdi yaşayış evləri, ictimai iaşə obyektləri zərər görüb.