Rusiya Silahlı Qüvvələri avqustun 18-də Donetsk vilayətinin iki şəhərinə hücum edib.Bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.
Hücum nəticəsində 4 nəfərin öldüyü, 7 nəfərin yaralandığı qeyd edilir. Zərərçəkənlərə tibbi yardım göstərilir. Həkimlər bəzilərinin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.