AZ

Zelenski: Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var

“Biz bu müharibənin, Rusiyanın dayandırılmasını istəyirik”. 

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib. O bildirib ki, Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var. 

“Biz güclü insanlar olduğumuzu göstərdik və bu müharibəni dayandırmaq, bunu diplomatik yolla bitirmək üçün Birləşmiş Ştatların - Prezident Trampın şəxsi yardım ideyasını dəstəklədik. Biz Prezidentin dediyi kimi, üçtərəfli görüşə hazırıq. Bu üçtərəfli görüş fikri yaxşıdır”, - deyə Zelenski əlavə edib.

Seçilən
27
50
yeniazerbaycan.com

10Mənbələr