AZ

ABŞ Latın Amerikası yaxınlığında narkokartellərə qarşı hərbi hazırlıq görür

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrailin xarici işlər naziri Gideon Saar Fransanın Fələstin dövlətini tanımaq planına cavab olaraq Qüdsdəki Fransa konsulluğunun bağlanmasını təklif edib.

TurkicWorld xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi konsulluğun fəaliyyətini “çağırış xarakterli” adlandıraraq, Fransanın İsrail əleyhinə mövqeyi müdafiə etdiyini bəyan edib.

Saarın təşəbbüsünün həyata keçirilməsi üçün hökumətin rəsmi təsdiqi tələb olunur. Qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir. Nazir bildirib ki, konsulluğa qarşı tədbirlər sentyabr ayında başlaya bilər. Bu isə həmin dövrdə bir sıra ölkələrin BMT-də Fələstini tanımaq planları ilə üst-üstə düşəcək.

Xatırladaq ki, iyulun 24-də Fransa prezidenti Emmanuel Makron sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi olaraq tanıyacağını açıqlamışdı. O, “X” sosial şəbəkəsində yayımladığı bəyanatda bu addımı Fransa üçün tarixi öhdəlik adlandırmış və Yaxın Şərqdə ədalətli və davamlı sülhə nail olmaq məqsədi daşıdığını vurğulamışdı. Makron həmçinin Qəzzada müharibənin dərhal dayandırılmasının və mülki əhalinin qorunmasının vacibliyini qeyd etmişdi.

Fransanın qərarı Fələstin rəhbərliyi, HƏMAS və bir sıra ərəb ölkələri tərəfindən müsbət qarşılanıb. Lakin İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ administrasiyası bu addımı kəskin tənqid edib.

Seçilən
3
15
turkic.world

10Mənbələr