AZ

ABŞ hakimiyyəti Vaşinqtona yüzlərlə Milli Qvardiyanın əsgərini göndərə bilər

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Avstraliya sentyabr ayında BMT Baş Assambleyasında Fələstin Dövlətini rəsmən tanıyacağını bəyan edib.

TurkicWorld xəbər verir ki, baş nazir Entoni Albanese kabinet iclasından sonra verdiyi açıqlamada bu qərarın iki dövlətli həll modelinə dəstək məqsədi daşıdığını bildiri

b. Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə zorakılıq dövrünü sona çatdırmaq, Qəzzada münaqişə, əzab və aclığı aradan qaldırmaq ümidini gücləndirəcək. Albanese həmçinin İsrailin beynəlxalq qanunlara meydan oxumaqda davam etdiyini və Qəzzadakı əhaliyə, xüsusilə uşaqlara yardımın qarşısını aldığını vurğulayıb.

Qeyd edək ki, Avstraliya hökuməti bu qərarın yalnız simvolik addım olmadığını, sülh prosesinin sürətlənməsinə mühüm töhfə verəcəyini açıqlayıb.

Seçilən
58
15
turkic.world

10Mənbələr