AZ

Zelenski Vaşinqtonda Tramp və Aİ liderləri ilə sülh danışıqları aparacaq

 Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh razılaşması ilə bağlı ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqlar aparmaq üçün Vaşinqtona gəlib.

Ağ Evin məlumatına görə, Zelenski və Tramp saat 21:15-də (Bakı vaxtı ilə) Oval kabinetdə görüşəcək.

Daha sonra Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Kir Starmer və digər Avropa liderləri ilə görüş keçirəcək.

Vaşinqtonun mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, Ağ Ev ətrafında yollar bağlanıb, əlavə yoxlama məntəqələri qurulub.

Zelenski bildirib ki, Ukraynanın məqsədi ərazi güzəştləri olmadan ədalətli və davamlı sülhə nail olmaqdır.

O, ABŞ və müttəfiqlərə dəstəyə görə təşəkkür edib və Rusiyanı gerçək sülhə məcbur etmək üçün birgə səylərin vacibliyini vurğulayıb.

Tramp isə daha əvvəl bəyan edib ki, “Zelenski Krımdan və NATO-ya üzvlük niyyətindən imtina etsə, müharibəni dərhal dayandıra bilər”.

N.Təbrizli

Seçilən
5
50
anews.az

10Mənbələr