Ajans.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib. “Nəhayət, qərar vermək Prezident Trampdan asılıdır. Bu, bir çox yöndən nəzarət və sair ola bilər. Bunun Amerika qoşunları olması lazım deyil”, - Amerika rəsmisi bildirib. M.Uitaker qeyd edib ki, Ukraynaya təhlükəsizlik zəmanətini Avropa verməlidir:

“Onlar (Ukrayna) başa düşürlər ki, davamlı sülhə nail olmaq üçün onlara təhlükəsizlik zəmanəti lazımdır. Bunu avropalılar təmin etməli və yerinə yetirməlidir”.