AZ

Buzovnada su niyə yoxdur? -

Xəbər verdiyimiz kimi, son günlərdə paytaxtın bir sıra rayonlarında su təchizatında fasilələr yaşanır. Xəzər rayonu Buzovna qəsəbəsi sakinləri də gün ərzində suyun verilməməsindən şikayət edirlər.Bəs suyun verilişindəki bu azalmanın səbəbi nədir?
Məsələ ilə bağlı Xəzər rayon Sukanal idarəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər rayonu Sukanal idarəsinin inzibati ərazisinə mərkəzi xətdən ötürülən suyun qəbulunda təzyiqdə müvəqqəti olaraq azalma müşahidə olunur. Bununla əlaqədar Xəzər rayonunun bir sıra ərazilərində gün ərzində suyun verilməsində fasilələr yaranır.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
35
5
metbuat.az

10Mənbələr