AZ

Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi VİDEO

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müğənni Aysun İsmayılova həbsdə olan anası Rəqsanə İsmayılovaya görə prezidentə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, o, müraciətində bu fikirləri səsləndirib:

"Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, analar anası Mehriban Əliyeva xanım, cənab nazir Vilayət Eyvazov! Sizə bir övlad kimi müraciət edirəm. Anam Rəqsanə İsmayılova hazırda həbsdədir. O, bizim üçün yalnız sənətçi deyil, ən başda dört övlad anasıdır. Ən böyük istəyimiz və ehtiyacımız onun bizim yanımızda olmasıdır. Cənab Prezident, anam bütün ömrünü Azərbaycan incəsənətinə həsr edib. Həm ölkəmizdə, həm də xaricdə sənətimizi təmsil edib. Eyni zamanda pandemiya dönəmində insanlara yardımlar edib. Müharibə zamanı hərbçilərimizə dəstək olub. Müharibədən sonra qazilərimiz və şəhid ailələri üçün xeyriyyə işləri həyata keçirib. Sizdən artıq dərəcədə xahiş edirəm, biz anasız böyümək istəmirik. Biz ona möhtacıq. İnanırıq ki, səsimizə səs veriləcək. Dörd uşaq anasının gözləri yolda qalmayacaq".

Mikayıl

View this post on Instagram

A post shared by Azxeber Media (@azxeber)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
7
azxeber.com

10Mənbələr