AZ

Cəlilabadda qardaş qardaşın arvadını öldürüb - YENİLƏNİB

Cəlilabad rayonunun Alar kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 1984-cü il təvəllüdlü Təhmasib Əliyev qardaşı, 1977-ci il təvəllüdlü Firdovsinin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Rəviyyə Nərimanovanı bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə səbəb tərəflər arasında uzun müddət davam edən mülk davası olub. Son günlər Təhmasib, Rəviyyəyə “dilini kəsəcəyəm” deyə hədələyib. Qadın da bu təhlükə barədə əvvəlcədən Biləsuvarda yaşayan ailəsinə məlumat verib.

Hadisə səhər tezdən, Firdovsi evdən bazara gedəndən az sonra baş verib. Qətli törətməkdə şübhəli bilinən Təhmasib pəncərədən evə daxil olaraq qadını yataq otağında qətlə yetirib.

Onu da qeyd edək ki, Təhmasib əvvəllər də məhkumluq həyatı yaşayıb.

Eləcə də ailələrin ikitərəfli qohumluq əlaqələri olub. Belə ki, ailənin bacısı qətlə yetirilən Rəviyyənin qardaşının həyat yoldaşıdır.

***

11.15

Cəlilabadda 62 yaşlı Rəviyyə Nəriman qızı Nərimanovanı qətlə yetirməkdə şübhəli bilinən Təhmasib Tərxan oğlu Əliyev polis əməkdaşları tərəfindən axtarılır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Qeyd edək ki, Təhmasib Əliyev ölən qadının qaynı olub.

***

10.50

Bu gün Cəlilabadda qətl hadisəsi baş verib, 62 yaşlı qadın öldürülüb.

APA-nın cənub bürosunun əldə etdiyi xəbərə görə, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Qadının qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən qətlə yetirildiyi deyilir.

Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

10.36

Cəlilabadda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini olan orta yaşlı qadın qətlə yetirilib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
43
apa.az

10Mənbələr