AZ

Qəzzada müharibə başladıqdan bəri 1500-dən çox tibb işçisi həlak olub

BAKI, TurkicWorld, Səməd Əyyubov

Qəzza zolağında səhiyyə sistemi tamamilə iflic vəziyyətinə düşüb.

TurkicWorld xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2023-cü ilin oktyabr ayından bəri bölgədə davam edən müharibə nəticəsində 1 500-dən çox tibb işçisi həlak olub.

Hazırda Qəzzadakı təxminən 40 xəstəxanadan yalnız 15-i fəaliyyət göstərir və onların da əksəriyyəti qismən işləyir. Dərman çatışmazlığı kritik həddədir – lazımi preparatların yalnız 30 faizi tibb müəssisələrinə daxil olur. Nazirlik bildirib ki, indiyədək 1 590 tibb işçisi, o cümlədən azı 200 həkim münaqişənin qurbanına çevrilib.

Eyni zamanda ərzaq qıtlığı davam edir. Təxminən 300 min uşaq aclıq və qidalanma çatışmazlığı səbəbilə ölümlə üz-üzədir. Böyüklərdə anemiya geniş şəkildə yayılıb ki, bu da yaralılar üçün qan donoru tapmağı çətinləşdirir.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumundan sonra Qəzza zolağında başlayan müharibədə ölənlərin sayı 62 mini ötüb, 156 mindən çox insan yaralanıb. Bundan əlavə, aclıq səbəbilə 263 nəfər, o cümlədən 112 uşaq həyatını itirib.

Martın 2-dən bəri İsrailin qərarı ilə Qəzzaya beynəlxalq humanitar yardımın girişi tam dayandırılıb. Bütün keçid məntəqələri bağlıdır. Ərzaq yalnız ABŞ və İsrailin nəzarət etdiyi Qəzza Humanitar Yardım Fondu vasitəsilə paylanır.

Seçilən
46
28
turkic.world

10Mənbələr