AZ

Donald Tramp: Girovların azad olunması yalnız HƏMAS məhv edildikdən sonra mümkün olacaq

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp israilli girovların azad edilməsinin yalnız HƏMAS-ın məhv edilməsindən asılı olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, D.Tramp bununla bağlı özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Girovların geri qaytarılmasını yalnız HƏMAS məhv edildikdən sonra görəcəyik. Bu nə qədər tez baş versə, uğurun ehtimalı da bir o qədər çox olar. Xatırlayın, yüzlərlə girovun azad edilərək İsrailə və Amerikaya gətirilməsi barədə müzakirələri mən aparmışam. Mən o şəxsəm ki, 6 ayda 6 müharibəni sonlandırmışam. Mən İranın nüvə təsisatlarını məhv etmişəm. Ya udmaq üçün oynayın, ya da ümumiyyətlə oynamayın",- D. Tramp qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
50
oxu.az

10Mənbələr