AZ

Kriptovalyutalar Azərbaycan bazarına daxil olur?

"Kriptovalyutalarla bağlı tənzimləmə mexanizminin Azərbaycanda hansı formada qəbul olunması bu bazarın inkişafına təsir edəcək". 

Bu fikri Hit.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, kriptovalyutaların ən cəlbedici tərəfi onların anonim olmasıdır:

"Bu səbəbdən də dünyada kriptovalyutalara böyük maraq var. Digər valyutalara nisbətən rahat daşındığı üçün anonim qalmaq istəyənlər buna daha çox üstünlük verir. Bu hal Azərbaycanda anonimliyi aradan qaldıracaqsa, kriptovalyutalara ciddi maraq olmayacaq. Bu səbəbdən də qanunun hansı formada qəbul olunması daha önəmlidir".

Sevinc
 

Seçilən
38
25
hit.az

10Mənbələr