Bakı.Trend:
Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsilalır.
Trend xəbərverir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumatyayıb.
Bildirilib ki, 2019–2024-cü illər ərzində Türkiyə ali təhsilmüəssisələrində əldə olunmuş kvalifikasiyaların tanınması üçünTKTA-ya 5327 müraciət daxil olub. Onlardan 5107-si barədə müsbət,220-si barədə isə imtina qərarı verilib. İmtinanın əsas səbəbləriarasında “açıq təhsil” forması (35,9 faiz), ekvivalentliyi olmayanixtisaslar (29,23 faiz) və saxta sənəd təqdim edilməsi (11,28 faiz)kimi hallar üstünlük təşkil edir.
Statistika göstərir ki, son altı ildə Türkiyədən alınandiplomların tanınması üçün edilən müraciətlərin sayı artan dinamikailə davam edib. Lakin müraciətlərin yalnız 19,71 faizi beynəlxalqreytinqlərdə ilk 1000-likdə yer alan universitetlərdən olub. Həmingöstəricinin böyük hissəsi Hacettepe və İstanbul universitetlərininpayına düşüb.
Müraciətlər üzrə qeyd edilən artan dinamikanın beynəlxalqreytinqlərdə yer alan Türkiyə universitetlərinə münasibətdə təhliligöstərir ki, 2024-cü il üzrə “Times Higher Education”, QS və“Shanghai” kimi reytinqlərdə Hacettepe Universiteti hər üçündə,İstanbul Universiteti isə ikisində ilk 1000-likdə yer alıb.
“Times Higher Education” reytinqinə daxil olan Türkiyəuniversitetlərindən 478 müraciət edilib (ümumi müraciətlərin 8,97faizi). Onlardan 473 nəfərə şəhadətnamə təqdim olunub, 5 nəfərbarədə imtina qərarı qəbul edilib. QS reytinqinə görə isəmüraciətlərin sayı 741 olub (13,91 faiz). Onlardan 726-sı müsbət,15-i isə mənfi nəticələnib. Bu reytinq üzrə Hacettepedən 133,İstanbul Universitetindən isə 245 məzun tanınma üçün müraciət edib.“Shanghai” reytinqində ilk 1000-likdə olan Türkiyəuniversitetlərindən isə 758 müraciət daxil olub (14,22 faiz).Onlardan 697-si barədə müsbət, 61-i barədə mənfi qərar verilib. Bureytinq üzrə də Hacettepe və İstanbul universitetləri üstünlüktəşkil edib.
Ümumilikdə, altı ildə Türkiyədən daxil olan 5327 müraciətinyalnız 1050-si (19,71 faiz) beynəlxalq reytinqlərdə ilk 1000-likdəyer alan universitetlərdən olub. Həmin 1050 müraciətin 36 faizi isəyalnız iki universitetin – Hacettepe və İstanbul universitetlərininpayına düşüb. Bu, Türkiyə üzrə tanınma müraciətlərinin böyükəksəriyyətinin reytinqə daxil olmayan universitetlərdən gəldiyinigöstərir.
Eyni zamanda, tənzimlənən ixtisaslar üzrə TKTA-nın sifarişiəsasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə tanınmasıimtahanlarının nəticələri də vəziyyəti əyani göstərir. Belə ki,iyunun 23-də keçirilən imtahanda (müəllimlik, hüquqşünaslıq vəmühəndislik üzrə) iştirak edən Türkiyə məzunlarının 28 nəfərindən11-i (təxminən 40 faiz) uğursuz nəticə göstərib.
Ümumilikdə aparılan təhlil göstərir ki, 2019–2024-cü illərdəTürkiyə ali təhsil müəssisələrində əldə olunmuş kvalifikasiyalarıntanınması üzrə müraciətlərin sayı artsa da, onların yalnız kiçikhissəsi beynəlxalq reytinqlərdə ilk 1000-likdə olan universitetlərəaiddir. Bu isə bir çox tələbənin keyfiyyət göstəricilərinə deyil,sadəcə asan qəbul imkanlarına üstünlük verdiyini göstərir. Nəticədəaşağı keyfiyyətli universitetlərin məzunlarının əmək bazarına daxilolması rəqabət qabiliyyətini zəiflədir və ixtisaslı kadrlarınsayına mənfi təsir göstərir.
TKTA vətəndaşlara tövsiyə edir ki, qardaş ölkəninuniversitetlərini seçərkən yalnız qəbul şərtlərinə deyil, həm dəali təhsil müəssisəsinin beynəlxalq keyfiyyət göstəricilərinədiqqət yetirsinlər.