AZ

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib – FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində təlim keçirilib.

FHN-dən Bakues.az-a bildirilib ki, təlimin keçirilməsində məqsəd mümkün fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, müəssisə heyətinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Təlimə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq şəxsi heyəti və texnikası cəlb olunub.

Tədbirin nəzəri hissəsində çıxış edən FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən və FHN tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin direktoru Mirələm Calalov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, fövqəladə hallarla bağlı davranış qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Daha sonra FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar zamanı davranış qaydalarına dair müxtəlif mövzularda təqdimatlar edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Təlimin praktiki hissəsində isə baş vermiş şərti zəlzələ ilə əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, Bakı Regional Mərkəzinin xilasediciləri operativ qaydada “hadisə yerinə” çataraq “zərərçəkmişlərin” təhlükəsiz yerə təxliyəsini həyata keçirib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstəriblər”.

Uğurla başa çatan tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Seçilən
61
50
icma.az

10Mənbələr