AZ

"MDB ilə münasibətlərə son qoymalıyıq"— Fəzail Ağamalı hökumətə səsləndi

"Azərbaycan daha müasir silahlar ala bilir. 907-ci düzəliş ləğv edildikdən sonra ABŞ-dən də silah almaq imkanları açılır. Həmçinin özünümüdafiə silahlarını ölkəmiz kütləvi şəkildə istehsal edir. Ona görə vaxtilə Rusiyadan aldığımız silahları Ukraynaya sata bilərik. Azad bazardır, hətta öz istehsal etdiyimiz silahları da sata bilərik".

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. Rusiyanın buna necə münasibət göstərəcəyinə toxunan partiya sədri qeyd edib ki, onsuzda Rusiya Azərbaycana qarşı düşmənçiliyini durmadan davam etdirir:

"Biz Rusiyadan xahiş edən deyilik ki, gəl münasibətləri əvvəlki səviyyəyə qaldıraq. Çünki bu münasibətlərin kəskinləşməsində günahkar odur. 

Bizim bundan sonra MDB daxilində, onun strukturlarında iştirak etməyimizə nə ehtiyac var? Hesab edirəm ki, hökumətimiz bu barədə düşünməlidir, MDB və onun bütün strukturları ilə münasibətlərə son qoymalıdır".

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
14
24
demokrat.az

10Mənbələr