AZ

Qızıl, dollar, kriptovalyuta... Azərbaycanda hansı yatırım daha təhlükəsiz və qazanclıdır? İqtisadçı şərhi

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Kriptovalyuta Mərkəzi Bankın iştirakı olmadan dövriyyəyə buraxılan, açıq və paylanmış şifrələmə və məlumatların saxlanması texnologiyası (blokçeyn) əsasında qurulmuş, fiat pulların bəzi funksiya və xüsusiyyətlərinə malik olan rəqəmsal virtual valyutadır, məsələn: mübadilə vasitəsi, əmanət vasitəsi, hesab vahidi.Azərbaycanda kriprovalyutalardan istifadə edilirmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kriptovalyutaların üstünlükləri ondan ibarətdir ki, mərkəzsizdir, yəni bank və dövlətlərdən asılı deyil: “Blokçeyn texnologiyası əməliyyatların şəffaflığını və dəyişdirilməzliyini təmin edir. Beynəlxalq ödənişlərdə sürət və rahatlıq verir. Riskləri isə ondan ibarətdir ki, qiymətləri çox dəyişkəndir (bu gün qazanc, sabah zərər ola bilər), heç bir dövlət tərəfindən tam sığortalanmır, qorunmur və hüquqi statusu ölkədən-ölkəyə fərqlidir”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Azərbaycanda kriptovalyutalardan rəsmi pul vahidi kimi istifadə edilmir, amma fiziki şəxslər onu almaq və satmaq imkanına malikdirlər: “Kriptovalyutalar dövlət səviyyəsində vergi və hüquqi çərçivə tam formalaşmayıb, buna görə də istifadə zamanı qanuni və maliyyə riskləri var. Azərbaycan Mərkəzi Bankı dəfələrlə xəbərdarlıq edib ki, kriptovalyutalar yüksək risklidir və vətəndaşlar diqqətli olmalıdır”.

Qızıl, dollar, yoxsa kriptovalyuta?

Akif Nəsirli bildirib ki, qızıl min illərdir dəyər saxlayan “təhlükəsiz liman”dır, qiyməti nisbətən sabitdir və böhran vaxtlarında üstünlük qazanır: “Dollar (və ya digər sabit valyutalar) yığımı və istifadəsi asandır. Azərbaycanda da ən çox etibar olunan xarici valyutadır. Kriptovalyutaların qazanc potensialı yüksəkdir, amma risk də çoxdur. Yalnız itirsəniz çox zərər etməyəcəyiniz qədər məbləği yatırmaq məsləhətdir. Kiçik investor (sadə vətəndaş) üçün məsləhət ondan ibarətdir ki, əsas ehtiyatı manat, dollar və ya qızılda saxlamaq daha təhlükəsizdir. Çox az miqdarda (məsələn, 5–10%) kriptovalyutaya yatırmaq olar, amma bunu riskli “eksperiment” kimi qəbul etmək lazımdır”.

Akif Nəsirli qeyd edib ki, uzunmüddətli sabitlik üçün qızıl və dollar, yüksək riskli qısamüddətli qazanc üçün kriptovalyuta uyğundur: “Sadə vətəndaş üçün ən güvənli seçim qızıl və dollardır. Kriptovalyutaya isə yalnız əlavə və artıq pulun kiçik bir hissəsini yönləndirmək olar”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
50
icma.az

10Mənbələr