AZ

“SSİ Retail”də qiymət oyunu ifşa olundu - CƏRİMƏ YAZILDI

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı Sinteks Şirkətlər Qrupuna daxil olan “SSİ Retail” MMC-də istehlakçı hüquqlarının pozulması halı qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, nəzarət tədbirləri zamanı müəyyən olunub ki, şirkətə məxsus ticarət obyektlərində qeyri-qida məhsulu üzərində göstərilmiş qiymətdən daha baha məbləğlə satış həyata keçirilib.

Fakt üzrə 23 iyul tarixində inzibati protokol tərtib edilib. Pozuntu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinə ziddir. Həmçinin, bu əməl istehlakçıların az miqdarda aldadılması kimi qiymətləndirilərək İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə rəsmiləşdirilib. Pepperoni pizza


Telegram kanalımız
Seçilən
10
12
yenisabah.az

10Mənbələr