Aktual.az xəbər verir ki, bunu Yəmənin xarici işlər naziri Camal Amir deyib.
"İran husiləri razılaşmanı rədd etməyə və müharibəni davam etdirməyə sövq etdiyinə görə sülh prosesi faktiki olaraq dalana dirənib”, - nazir bildirib.
O, İranın dəstəklədiyi husilərin müharibəni bitirmək fikrində olmadığını qeyd edib:
"Qanuni hökumət bütün təşəbbüslərlə razılaşıb, ancaq husilərin müharibəni bitirmək istəyi yoxdur, onlar müharibə üçün yaşayırlar. Yəmənə təhlükə davam etdikcə husilərə qarşı hərbi variant masada qalacaq".