AZ

Qüdrət Həsənquliyevdən SENSASİON AÇIQLAMA: "Rusiya ilə barışmalıyıq"

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində gərginliyi artırmağa ehtiyac yoxdur.

Bakupost.az haqqin.az-a istinadən bildirir ki, o dialoqun qurulması və yaranmış gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan artıq Rusiyaya öz tələblərini təqdim edib və indi həmin tələblərin beynəlxalq hüquq çərçivəsində yerinə yetirilməsini təmin etməlidir.

Deputat qeyd edib ki, vəziyyətin daha da gərginləşdirilməsi ölkənin dövlət və milli maraqlarına uyğun deyil.

"Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsində maraqlı olan qüvvələr var. Onlar istərdilər ki, ölkələrimiz arasındakı gərginlik qanlı qarşıdurmaya çevrilsin", — deyə Həsənquliyev bildirib.

Deputatın sözlərinə görə, bu həftə Moskvada keçiriləcək Azərbaycan-Rusiya arasında 23-cü Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyasının baş nazir müavini Aleksey Overçukla bir sıra vacib məsələləri müzakirə edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
50
www.bakupost.az

10Mənbələr