AZ

Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb

Ağdam rayonunun Xındırıstan kəndi ərazisində 6 hektar biçilmiş əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.

Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub. S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
49
29
azreform.info

10Mənbələr