AZ

Danqo Uattara “Bornmut”u “Brentford”a dəyişdi

Futbol üzrə Burkina Faso millisinin və “Bornmut”un vingeri Danqo Uattara bundan sonra “Brentford”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Brentford”un mətbuat xidməti məlumat yayıb.

23 yaşlı oyunçu yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalayıb. “Brentford” bu transfer üçün “Bornmut”a 42,8 milyon avro ödəyib. Bu, klub tarixində rekord məbləğə başa gələn transfer olub.

Danqo Uattara Burkina Fasonun “Majestik” klubunun yetirməsidir. O, Fransada “Loryan”ın da uğurları üçün çalışıb. “Bornmut” 2023-cü ildə 22,5 milyon avro ödəməklə Uattaranı “Loryan”dan transfer etmişdi. 23 yaşlı vinger İngiltərə klubunun heyətində 88 oyuna çıxıb, 11 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Uattara 2021-ci ildə debüt etdiyi Burkina Faso millisinin heyətində 30 oyun keçirib, 10 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
71
32
arena.az

10Mənbələr