AZ

Mamuka Mdinaradze: “Avropa İttifaqının ikili standartı var”

Yazını böyüt
Yazını kiçilt

“Avropa İttifaqının Gürcüstana münasibətdə ikili standartı var – obyektiv meyarlara əsaslanaraq, Avropa Komissiyasının sifarişi ilə hazırlanmış “Yaxşı Hökumət 2025 Hesabatı”nda Gürcüstanın “Gürcü Arzusu” hakimiyyəti şəraitində nail olduğu irəliləyiş aydın şəkildə görünür”.

Hafta.az-ın yazdığına görə, bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib. O bildirib ki, hər bir indeksə əsasən, Gürcüstan bütün istiqamətlərdə uğur qazanıb.

“Bu gün xüsusi əhəmiyyət daşıyan bir məsələyə diqqət çəkmək istərdik. Bildiyiniz kimi, Gürcüstana münasibətdə kəskin və ədalətsiz tənqidi ilə seçilən xanım Ursula fon der Laienin prezidenti olduğu Avropa Komissiyası “Yaxşı Hökumət 2025 Hesabatı” çərçivəsində bir neçə mühüm göstəriciləri dərc edib. O cümlədən, “Etibarlı qanunvericilik və siyasət” , “Liderlik və uzaqgörənlik”, “Güclü dövlət institutları” və “Cəlbedici bazar iqtisadiyyatı” indekslərini” deyən baş katib bildirib ki, Avropa Komissiyası tərəfindən dərc olunmuş hesabat Çendler İdarəetmə İnstitutu tərəfindən hazırlanıb, BMT, Dünya Bankı, Valyuta Fondu, Dünya İqtisadi Forumu və digər beynəlxalq səviyyədə tanınan subyektlərin, qlobal qiymətləndirmə təşkilatlarının profilli araşdırmalarına və məlumatlarına, yəni obyektiv meyarlara və faktiki məlumatlara əsaslanır. Xüsusilə, bu indekslərin hər biri üzrə Gürcüstanın tamamilə bütün sahələrdə uğurları var. Üstəlik, bəzi istiqamətlərdə tarixi əhəmiyyətə malik irəliləyiş də qeydə alınıb.

Mamuka Mdinaradze həmin tədqiqatın göstəricilərini təqdim edib:

“1. “Güclü institutlar indeksi” üzrə Gürcüstan hakimiyyəti 100 faizlik qiymətləndirmə sistemi ilə yeni tarixi maksimum – 63 faiz nəticə göstərib və dünyada 34-cü yeri tutub. Qeyd olunmalıdır ki, institusional güc baxımından Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olan bütün ölkələri, Avropa İttifaqı və NATO-ya üzv 13 dövləti geridə qoyur. Bu dövlətlər Portuqaliya, Xorvatiya, Yunanıstan, Slovakiya, Macarıstan, Albaniya, Şimali Makedoniya, Malta, Kipr, Bolqarıstan, Monteneqro, Rumıniya və Türkiyədir.

2. “Cəlbedici bazar iqtisadiyyatı” indeksi üzrə Gürcüstan yeni tarixi maksimuma imza ataraq dünyada 30-cu yeri tutub və Avropanın ən yaxşı iyirmiliyi arasında yer alıb. 100 faizlik qiymətləndirmə sistemi ilə Gürcüstan yeni tarixi maksimum – 63.2 faiz nəticə göstərib. Reytinqdə Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olan bütün ölkələri, Avropa İttifaqı və NATO-ya üzv 16 dövləti geridə qoyur. Bu dövlətlər Portuqaliya, Çexiya, Kipr, Xorvatiya, Macarıstan, Sloveniya, Latviya, Yunanıstan, Polşa, Slovakiya, Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Monteneqro, Rumıniya və Türkiyədir.

3. “Liderlik və uzaqgörənlik” indeksi üzrə Gürcüstan hakimiyyəti Avropanın ən yaxşı iyirmiliyi arasında yer alıb. 100 faizlik qiymətləndirmə sistemi ilə Gürcüstan 52 faiz nəticə göstərib, dünyada 32-ci və Avropanın ən yaxşı iyirmiliyində 17-ci yeri tutub. Bu indeks ilə Gürcüstan hakimiyyəti Avropa İttifaqı və NATO-ya üzv 19 dövləti geridə qoyur. Bunlar İslandiya, Çexiya, Latviya, İspaniya, Macarıstan, Portuqaliya, Bolqarıstan, Yunanıstan, Malta, Sloveniya, Polşa, Şimali Makedoniya, Slovakiya, Monteneqro, Kipr, Xorvatiya, Rumıniya, Albaniya və Türkiyədir.

4. “Etibarlı qanunvericilik və siyasət” indeksi üzrə Gürcüstan hakimiyyəti Avropanın ən yaxşı iyirmiliyindədir! Gürcüstan hakimiyyəti 100 faizlik qiymətləndirmə sistemi ilə 70 faiz nəticə göstərib, dünyada 26-cı və Avropanın ən yaxşı iyirmiliyində 18-ci yeri tutub. Qanunvericilik və siyasətin etibarlılığı baxımından Gürcüstan Avropa İttifaqı və NATO-ya üzv 18 ölkəni geridə qoyur. Bunlar İtaliya, Latviya, Portuqaliya, İspaniya, Sloveniya, Kipr, Slovakiya, Bolqarıstan, Malta, Yunanıstan, Polşa, Rumıniya, Xorvatiya, Albaniya, Macarıstan, Şimali Makedoniya, Monteneqro və Türkiyədir. Əlbəttə, hər kəs anlayır ki, bu, təkcə “Gürcü Arzusu” hakimiyyətinə deyil, həm də bütün Gürcüstana və gürcü xalqına məxsus çox böyük uğurdur. Siyasi komandamızın və ölkəmizin bu uğura Avropa bürokratiyasının cəfəng ittihamları və böhranı fonunda nail olmasını nəzər alaraq, bu uğur daha da mühümdür və daxili təlatümləri yaxşı xatırlayırsınız, yumşaq desək”, - Mdinaradze bildirib.

Seçilən
109
18
hafta.az

10Mənbələr