AZ

Zelenski Trampla görüşə kostyumda gələcək

Ağ Ev rəsmiləri Ukrayna rəsmilərindən prezident Volodimir Zelenskinin bazar ertəsi Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşmək üçün kostyum geyinib-keçməyəcəyini soruşub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Zelenski iyunda Niderlandda NATO sammitində geyindiyi qara gödəkçə ilə avqustun 18-də Ağ Evdə görünəcək. Mənbələr bildiriblər ki, o, işgüzar geyimə sadiq qalacaq. Axios mənbələri qeyd edib ki, o, qalstuk taxmayacaq.

Seçilən
43
50
ucnoqta.az

10Mənbələr